Şakil 26 milyonluq şəkli doğradı

Teyt qalereyasında bildiriblər ki, şəkildə Pikassonun sevgilisi Dora Maar təsvir edilib. Şəkil 1944-cü ilin mayında Parisdə, faşist istilasının son aylarında çəkilib
Sputnik

BAKI, 31 dekabr — Sputnik. Londondakı Teyt müasir incəsənət qalereyasında Pablo Pikassonun əsərini məhv ediblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə BBC məlumat yayıb.

İyimi milyon funt-sterlinq (26 milyon dollar) dəyərində olan "Qadın büstü" əsərini vandal doğrayıb. Hadisəyə görə həbs edilmiş 20 yaşlı Şakil Messi bütün ittihamları rədd etmək niyyətindədir. Bildirilir ki, onu zaminə buraxmaqdan imtina ediblər.

Teyt qalereyasında bildiriblər ki, şəkildə Pikassonun sevgilisi Dora Maar təsvir edilib. Şəkil 1944-cü ilin mayında Parisdə, faşist istilasının son aylarında çəkilib.

Pablo Pikasso ispan rəssam, heykəltaraş, dizayneridir. O, kubizmin banisidir. Həyatı boyunca 20 min əsər yaradıb.