RUSİYA

Moskva aeroportlarında reyslər ləğv olundu

Bazar ertəsindən etibarən Moskvada hava korlanıb. Rusiya paytaxtında güclü külək əsir, qar yağır, yolları buz bağlayıb
Sputnik

BAKI, 31 dekabr — Sputnik. Moskvanın üç - "Vnukovo", "Domodedovo" və "Şeremetyevo" - aeroportunda 63 reys gecikir, 2-si isə ləğv olunub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə "Яндекс. Расписание". (Yandex. Cədvəl) servisində qeyd olunub.

Bazar ertəsindən etibarən Moskvada hava korlanıb. Rusiya paytaxtında güclü külək əsir, qar yağır, yolları buz bağlayıb.