RUSİYA

Rusiyada bayram günü polislərə hücum etdilər: ölən və yaralılar var

Maqas şəhərinin girişində naməlum şəxslər yol-patrul xidmətinin əməkdaşlarına hücum ediblər. Avtomobildə olan quldurlar polis əməkdaşlarına atəş açıblar
Sputnik

BAKI, 31 dekabr — Sputnik. Rusiyanın İnquşetiya Respublikasında silahlı insident olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Maqas şəhərinin girişində naməlum şəxslər yol-patrul xidmətinin əməkdaşlarına hücum ediblər. Avtomobildə olan quldurlar polis əməkdaşlarına atəş açıblar.

"Polislər cavab atəşi açıblar. İlkin məlumata görə, hücum edən iki nəfər məhv edilib", - agentliyin hüquq-mühafizə orqanlarından olan müsahibi deyib. 

İnquşetiya DİN-dən verilən məlumata görə, hadisə nəticəsində qç polis əməkdaşı yaralanıb.