CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həmrəylik günü nə deməkdir – tarixçi danışır

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, Həmrəylik gününün yaranması ilə bağlı böyük hadisələr baş verib
Sputnik

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, bu günün tarixi əhəmiyyəti Azərbaycan xalqı üçün böyük bir təntənə və uğurdur:

“Bu günün yaranması ilə bağlı böyük hadisələr baş verib. O vaxtı sərhədlərin dağıdılması rəmzi məna daşıyırdı. Bu hadisə dünya azərbaycanlılarının həmrəyliyinin simvolunu daşıyır”.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz