CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstehlak kreditləri daha da artıb - Əlli faizi keçdi

Bankların başlıca resurs mənbələrindən olan əhalinin bank əmanətləri ilin əvvəlindən 3.7% artaraq 8.7 milyard manata çatıb
Sputnik

BAKI, 31 dekabr — Sputnik. Azərbaycanda ilin əvvəlindən kredit qoyuluşları 16.1% artıb ki, bu da əsasən ev təsərrüfatlarına kreditlərin 21% artmasından irəli gəlib. Kredit portfelində ev təsərrüfatlarına kreditlərin payı 50.4%-ə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Bəyanatda deyilir ki, bankların başlıca resurs mənbələrindən olan əhalinin bank əmanətləri ilin əvvəlindən 3.7% artaraq 8.7 milyard manata çatıb. Əmanətlərin 84.4%-i Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Maliyyə sektorunda restrukturizasiya proseslərinin tamamlanmaması əmanətlərin sığortalanması sisteminin təkmilləşməsinə ləngidici təsir edən amillərdən biri olub.