CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günü bir evdə yas çadırı qurulur

1975-ci il təvəllüdlü Fərman İsa oğlu Həsənov və onun atası, 1936-cı il təvəllüdlü İsa Afdandil oğlu Həsənov qəzaya düşərək ağır xəsarət alıblar
Sputnik

BAKI, 31 dekabr — Sputnik. Gədəbəydə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan “Volkswagen Passat” və “VAZ 2109” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı “VAZ 2109”un sürücüsü, 1975-ci il təvəllüdlü Fərman İsa oğlu Həsənov və onun atası, 1936-cı il təvəllüdlü İsa Afdandil oğlu Həsənov ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, Fərman Həsənovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı  araşdırma aparılır.