VİDEO

Azərbaycan, mən səni sevirəm! Həmrəylik Günün mübarək!

Bu gün biz azərbaycanlılar üçün xüsusilə özəl bir gündür. Biz sadəcə köhnə ili yola salmırıq, həm də bütün dünya azərbaycanlılarının həmrəyliyini qeyd edirik. Bu münasibətlə Sputnik Azərbaycan xüsusi fleşmob hazırlayıb. Daha ətraflı isə videomuzda izləyin.
Sputnik

Fikirlərimiz ayrı ola bilər. Gələcəyə baxış bucağımız da fərqli ola bilər. Hər birimiz müxtəlif problemlərlə üzləşə bilərik. Birimiz soyuq rayonda, birimiz dəniz kənarında ola bilərik. Amma bizi bütün həyatımız boyunca birləşdirən bir xüsusiyyət var. O da Vətənimizə, Azərbaycanımıza olan hədsiz sevgimizdir. Buna görə də məhz bu gün bizim üçün xüsusilə önəmli və özəl bir gündür.

Bu münasibətlə Sputnik Azərbaycan xüsusi fleşmob hazırlayıb. Xahişimizlə diyarımızın müxtəlif rayonlarında və xarici ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif dillərdə Vətənimizə öz sevgilərini bildiriblər.

Bu gün bizim günümüzdür! Özümüzü təbrik edirik! Arzumuz isə birdir. Yalnız bir gün yox, ilin bütün günləri həmrəy qalaq.