MƏDƏNİYYƏT

Azərbaycanlı müğənni bal ayında xanımına Parisə səyahət bağışladı

"Mən nağılın içinə düşdüm və anladım ki, bu möcüzənin yaradıcısı sadəcə xəyalpərəst olub, nəticədə isə onun arzuları bütün dünyanın irsinə çevrilib"
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. "Yeni ulduz fabriki" musiqili layihəsinin finalçısı, sumqayıtlı müğənni Elman Zeynalov xanımı, koreyalı model Marqarita Tsoy ilə birlikdə Parisə bal ayına gedib.

Sputnik Azərbaycan bildirir ki, müğənni Parisdə çəkdirdiyi şəkilləri "Instagram"da paylaşıb. Cütlük Fransanın paytaxtını gəzib, hətta Disneylendə də baş çəkib.

"Nəhayət ki, Yeni il bayramına özümüzü yetirdik, Milad ab-havasına qərq olduq. Əminliklə deyə bilərəm ki, dünya adamın başından başlayır. Əgər orada hər şey qaydasındadırsa, həyatında da hər şey yoluna düşəcək. Mən nağılın içinə düşdüm və anladım ki, bu möcüzənin yaradıcısı sadəcə xəyalpərəst olub, nəticədə isə onun arzuları bütün dünyanın irsinə çevrilib", - Zeynalov yazıb. 

Müğənninin xanımı Marqarita Tsoy isə 2019-cu ilin onun üçün ən xoşbəxt il olduğunu bildirib, çünki bu il onlara uğur gətirməklə yanaşı, ailə də bəxş edib. "Allah qoysa, 2020-ci il bizim və sizin evinizə daha çox sevinc gətirər", - deyə o əlavə edib.

Marqarita Tsoyun Moskvada gözəllik salonu var, özü isə model işləyir.

Elman Zeynalov Sumqayıtda doğulub, sonra isə Rostov-Dona köçüb. Muz-Tv-də yayımlanan "Yeni ulduz fabriki" layihəsi Elmanı bütün Rusiyada məşhur edib. Orada iştirakçı olarkən Elman Ani Lorak, Qriqori Leps, Ciqan və digər ulduzlarla yaddaqalan mahnılar oxuyub. Hazırda Elman Zeynalov Azərbaycanın Xalq artistri Emin Ağalarovun yaratdığı Zhara Music leyblına daxildir.