CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəsiqə şəkillərində hicab açılmalıdırmı?

"Əgər biometrik vəsiqə bu halın aradan qaldırılmasına vasitədirsə və qanunvericilik burada pozulmursa, o zaman biz bu məsələni aradan qaldıracağıq" - Ülvi Mehdiyev
Sputnik

BAKI, 30 dekabr — Sputnik. "Biometrik vəsiqələrin verilməsi "ASAN Ximdət"də Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Əgər hicabın açılması qanunvericiliklə labüddürsə, düşünürəm ki, buna əməl etmək lazımdır. Mən bu məsələni nəzərimdə saxlayacam".

Sputnik Azrbaycan-ın xəbərinə görə, bu barədə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev ASAN Radionun "QəbuldASAN" proqramında qonaq olarkən deyib.

O bildirib ki, bu məsələ aidiyyəti qurumlarla əlaqə saxlanılaraq araşdırılacaq: "Əgər biometrik vəsiqə bu halın aradan qaldırılmasına vasitədirsə və qanunvericilik burada pozulmursa, o zaman biz bu məsələni aradan qaldıracağıq. Yox əgər bu qanunvericiliyin ciddi tələbidirsə və təhlükəsizlik baxımından lazımdırsa, o zaman vətəndaşlarımızın anlayışla qarşılamağını xahiş edirəm. Hər bir halda bu məsələni öz nəzarətimdə saxlayacağam".