RUSİYA

Bayram günü Sankt-Peterburqda terror aktı planlaşdıranları həbs etdilər

İstintaq Komitəsi "Cinayət törədilməsinə hazırlıq", "Terrorizm" və "Terror təşkilatlarının fəaliyyətində iştirak" maddələri ilə cinayət işi başladıb
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Federal Təhlükəsizlik Xidməti (FTX) Yeni ildə Sankt-Peterburqda, insanların sıx toplaşdıqları yerdə terror aktı törətməyi planlaşdıran iki nəfər Rusiya vətəndaşını həbs edib.

Putin Trampa zəng vurub təşəkkür etdi

Sputnik Azırbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə məlumatı Rusiya tərəfə ABŞ xüsusi xidmət orqanları ötürüb.

İstintaq Komitəsi "Cinayət törədilməsinə hazırlıq", "Terrorizm" və "Terror təşkilatlarının fəaliyyətində iştirak" maddələri ilə cinayət işi başladıb.

Bu gün Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa zəng vuraraq terror aktının qarşısının alınmasında göstərdikləri köməyə görə təşəkkürünü bildirib. Tərəflər bundan sonra da terrorizmlə mübarizədə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, ABŞ xüsusi xidmət orqanları 2017-ci ildə də rusiyalı həmkarlarını Sankt-Peterburqdakı Kazan kilsəsində, həmçinin şəhərin digər izdihamlı məkanlarında terror aktı törədiləcəyi barədə xəbərdar etmişdilər.