BAKI, 29 dekabr — Sputnik. Bayram günlərində Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Sputnik Azərbaycan Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin sərəncamına əsasən, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, yarana biləcək sıxlığın qarşısının alınması, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.