Zibillikdən 33 min manat tapıldı

Polis əməkdaşları deyiblər ki, noyabrda tullantıların toplanılması və emalı mərkəzinin işçiləri onlarla əlaqə saxlayıblar və karton qutuda "qeyri-adi bir şey" tapdıqlarını deyiblər
Sputnik

BAKI, 29 dekabr — Sputnik. İngiltərənin Midsomer Norton şəhərində yaşayan cütlük səhvən içində 15 min funt sterlinq (təxminən 33 350 manat) olan qutunu zibil qutusuna atıb.

Sputnik Azərbaycan Somerset və Eyvon qraflığı polisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qutu tullantıların toplanılması və emalı mərkəzində tapılıb və oranın işçiləri tapıntını geri qaytarıblar.

Heç kim xəzinə xilaskarı olmaq istəmir - iyirmi il kim oxuyar?

Polis əməkdaşları deyiblər ki, noyabrda tullantıların toplanılması və emalı mərkəzinin işçiləri onlarla əlaqə saxlayıblar və karton qutuda "qeyri-adi bir şey" tapdıqlarını deyiblər. Mərkəzdəki müşahidə kameraları ilə çəkilmiş videogörüntülərin köməyi ilə qutunu zibilliyə gətirmiş avtomobili tapmaq mümkün olub, bundan sonra isə polis onun sahibini müəyyənləşdirib.

Qutunu zibilliyə atmış cütlük deyib ki, onlar pulunu tez-tez "qeyri-adi yerlərdə" gizlədən mərhum qohumlarının evini təmizləyirmişlər. Onlar 15 min funt sterlinqi atdıqlarını öyrənəndə təəccübləniblər.

Yerli polis tullantıların toplanılması və emalı mərkəzinin işçilərinə təşəkkürünü bildirib.