BAKI, 29 dekabr — Sputnik. Dekabrın 29-da Bakının Pirşağı qəsəbəsində avtomobil tunelinin açılışı olub.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kəsib.