CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir müavini “Yüksəliş” müsabiqəsinin yaradacağı imkanları açıqlayır

Gənclər və İdman nazirin müavini Fərhad Hacıyev deyir ki, müsabiqənin şərtlərinə uyğun gələn vətəndaşlar Azərbaycanın gələcək kadr bankına adını daxil edə bilər
Sputnik

““Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin elan etdiyi islahatlar kursunun məntiqi parçasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu müsabiqənin təşkilat komitəsinin üzvü, Gənclər və İdman nazirin müavini Fərhad Hacıyev deyib.

Fərhad Hacıyev bildirib ki, müsabiqənin mahiyyəti yeni dünyanın çağırışlarına cavab verən müasir düşüncəli idarəçilərin müəyyənləşdirilməsi, bir yerə toplanmasıdır:

“Bu müsabiqə sosial lift kimi hər bir vətəndaşımıəz üçün yaradılan imkandır. Müsabiqənin şərtlərinə uyğun gələn vətəndaşlarımız burada iştirak etməklə ölkəmizin gələcək kadr bankına adını daxil edə bilər”.

Qeyd edək ki, dekabrın 27-də “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə başlanılıb.

Fərhad Hacıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz