Məzahir Pənahov indiyədək qeydə alınmış deputatlığa namizədlərin sayını açıqladı

Məzahir Pənahov qeyd edib ki, 350 nəfərin namizədliyi 18 siyasi partiya tərəfindən, 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb.
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 namizəd müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Məzahir Pənahov qeyd edib ki, 350 nəfərin namizədliyi 18 siyasi partiya tərəfindən, 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən, 1447 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 1348 nəfərin namizədliyi artıq təsdiq olunub, 1142 nəfəri isə artıq imza vərəqələrini götürüb. 159 nəfəri imza vərəqələrin dolduraraq geri qaytarıb və onlardan 27 nəfər qeydə alınıb. 74 nəfər isə özləri seçkilərdə iştiraklarını dayandırıb".