Yeni Azərbaycan Partiyasnın (YAP) deputatlığa namizədlər siyahısında 75 yeni sima var. Həmin şəxslərin heç biri V çağırış Milli Məclisə seçkilərdə deputat olmayıblar.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Sputnik Azərbaycan-a deyir ki, hər bir seçki növbəti demokratiya yarışıdır:
“Yeni Azərbaycan Partiyası da bu seçkilərə özünün ən layiqli namizədləri ilə gedir. YAP namizədləri inkişafımızın gətirdiyi yeni mərhələdə ali qanunverici orqanda keyfiyyət dəyişikliyi yarada biləcək potensiala sahibdirlər. Düşünürəm ki, namizədlər YAP-ın etimadını doğruldacaqlar”.
Hikmət Babaoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz