Müsəlman ölkəsində dəhşət – Yüzə yaxın ölü

Ölənlərdən 17-si polis əməkdaşı, 73-ü mülki vətəndaş, 4-ü isə xarici ölkə vətəndaşıdır. Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib
Sputnik

BAKI, 28 dekabr — Sputnik. Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində 90 nəfər ölüb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Somali parlamentinin üzvü Abdirizak Məhəmməd öz "Twitter" səhifəsində qeyd edib.

O bildirib ki, içərisində qurğu yerləşdirilmiş avtomobil partladılıb.

Onun sözlərinə görə, ölənlərdən 17-si polis əməkdaşı, 73-ü mülki vətəndaş, 4-ü isə xarici ölkə vətəndaşıdır.

Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.