CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi hazırlığın yaş həddi azaldıldı

Əvvəlki qərara əsasən, ilkin seçim Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılır
Sputnik

BAKI, 28 dekabr — Sputnik. Nazirlər Kabinetinin "Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 333 nömrəli qərarında dəyişiklik edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, həmin Qaydanın 3.2-ci bəndində "16" rəqəmi "15" rəqəmi ilə əvəz edilib. Qeyd edək ki, qərarın müvafiq bəndində yazılmışdı ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi ilə bağlıdır. Əvvəlki qərara əsasən isə ilkin seçim Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılır və namizədlərin siyahısı hazırlanırdı.