BAKI, 28 dekabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibi müəyyən edilib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Akademiyanın illik ümumi yığıncağında yeni tərkib barədə məlumat verib. Onun sözlərinə görə, yeni tərkib 11 nəfərdən ibarətdir.
Yeni tərkib aşağıdakı kimidir:
- Akademiyanın prezidenti akademik Ramiz Mehdiyev
- Birinci vitse-prezident akademik İsa Həbibbəyli
- Birinci vitse-prezident akademik İbrahim Quliyev
- Vitse-prezident akademik Tofiq Nağıyev
- Vitse-prezident akademik Dilqəm Tağıyev
- Vitse-prezident akademik Nərgiz Paşayeva
- Vitse-prezident akademik İradə Hüseynova
- Vitse-prezident akademik Rasim Əliquliyev
- Akademik katib akademiyanın müxbir üzvü Əminağa Sadıqov
- Akademiyanın Naxçıvan büro bölməsinin sədri akademik İsmayıl Hacıyev
- Akademiyanın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev
Yeni tərkib səsverməyə qoyulub və təsdiq edilib.