İQTİSADİYYAT

Ekspert investisiya layihələri barədə: qarşılıqlı ticarət dövriyyəsini artıracaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, Azərbaycan və Türkiyə arasında daha çox xammal və yüksək əlavə dəyərə malik olmayan məhsulların ticarəti aparılır
Sputnik

“Azərbaycan və Türkiyə arasında Birgə İqtisadi Komissiyanın toplantısında 147 maddədən ibarət ortaq fəaliyyət planı hazırlanıb. Mən İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə birlikdə bu 147 maddədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini daim nəzarətdə saxlayacağam”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı Türkiyənin Ticarət naziri xanım Ruhsar Pekcan bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin atırılması üçün böyük potensial var: “İki ölkə arasında daha çox xammal və yüksək əlavə dəyərə malik olmayan məhsulların ticarəti aparılır. Bu vəziyyətin düzəldilməsi üçün birgə insvestisiya layihələri reallaşdırılmalı və onlar daha çox real sektora yönəldilməlidir. Hazırda Azərbaycanda münbit investisiya iqlimi yaradılmaqdadır. Yüksək texnoloji sahələr yerləşdirilmiş investisiyalar qarşlıqlı ticarət dövriyyəsinin artımına səbəb olacaq”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz