CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalanda qaz olmamasının səbəbi açıqlandı

Fasilələr Xırdalan şəhərinin Heydər Əliyev prospekti, H.Z.Tağıyev və S.Bəhlulzadə küçələrində genişmiqyaslı abadlıq işlərinin aparılması ilə əlaqədar olacaq
Sputnik

BAKI, 27 dekabr — Sputnik. Bu gün Xırdalanda qaz olmayacaq. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Xırdalan şəhərinin bir hissəsində qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd olunub ki, fasilələr mövcud qaz şəbəkəsindəki hansısa nasazlıqlarla bağlı deyil, Xırdalan şəhərinin Heydər Əliyev prospekti, H.Z.Tağıyev və S.Bəhlulzadə küçələrində genişmiqyaslı abadlıq işlərinin aparılması ilə əlaqədar olacaq.

"Bu işlərin gedişatına şərait yaradılması, eləcə də ərazidəki qaz kəmərlərinin təhlükəsizliyi üçün qaz təminatında müvəqqəti fasilələrə zərurət yaranıb", - deyə verilən məlumatda bildirilib.