HADİSƏ

Tərtərdə polis mayorunu bıçaqlayıblar

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb
Sputnik

BAKI, 27 dekabr — Sputnik. Tərtərdə polis zabiti bıçaqlanıb.

Polis vətəndaşı döyübmü – Rəsmi açıqlama verildi

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Buruc kəndində qeydə alınıb.

Kənd sakini Seyhun Nəcəfov sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Bu zaman Seyhun Nəcəfov hadisə yerinə gələn Tərtər rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, sahə müvəkkili, mayor Elçin Aslanova üstündə gəzdirdiyi bıçaqla 5 zərbə endirib.

E. Aslanov xəstəxanaya çatdırılıb, onun həyatı xilas edilib.

Hadisəni törədən S. Nəcəfov saxlanılıb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.