CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı müğənni şahzadə Diananın "qisasçı" obrazında - FOTO

Ledi Dinin paltarını yunan dizayner Kristina Stambolian hazırlamışdı. Ziyafətin bütün qonaqlarının bəyəndiyi don tarixə "intiqam geyimi" kimi düşüb, çünki şahzadə Diana onu Uels şahzadəsi Çarlzdan ayrıldıqdan sonra geyinmişdi
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. Azərbaycanlı müğənni Samirə Əfəndi şahzadə Diananın tarixə "intiqam geyimi" kimi düşmüş məşhur obrazını təkrarlayıb.

Sputnik Azərbaycan bildirir ki, müğənni şahzadə Diananın 1994-cü ildə "Vanity Fair" jurnalının Londonda, "The Serpentine"  Müasir İncəsənət Qalereyasında təşkil etdiyi ziyafətə qatılarkən geyindiyi qara paltarın eynisi ilə şəkil çəkdirib. 

Ledi Dinin paltarını yunan dizayner Kristina Stambolian hazırlamışdı. Ziyafətin bütün qonaqlarının bəyəndiyi don tarixə "intiqam geyimi" kimi düşüb, çünki şahzadə Diana onu Uels şahzadəsi Çarlzdan ayrıldıqdan sonra geyinmişdi.

Azərbaycanlı müğənni şahzadə Diananın "qisasçı" obrazında - FOTO

S.Əfəndi də nəinki şahzadənin donunun eynisini geyinib, hətta saçını da onun kimi düzəltdirib. Sosial şəbəkə istifadəçiləri onun bu obrazını təqdir ediblər.

Samirə Əfəndi uşaq yaşlarından oxuyur. Ona populyarlığı isə "Azərbaycanın səsi" musiqi layihəsi gətirib. Samirə tərkibinə məşhur caz musiqiçiləri Ruslan Hüseynov, Etibar Əsədli və Elvin Bəşirovun daxil olduğu "Baku Project" yaradıcılıq layihəsinin iştirakçısıdır. Onunla yanaşı, Əfəndi müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış edib. O, həmçinin Qazaxıstanda "Silk Way Star 2017" beynəlxalq musiqi layihəsinə də qatılıb.