VİDEO

Öz əllərimizlə Yeni il hədiyyəsi – sabun hazırlamaq üzrə ustad dərsi

Azərbaycanlı sabun ustası Svetlana Cəfərova öz əllərimizlə ev şəraitində sabunun hzırlanması qaydasını nümayiş etdirib. Daha ətraflı videomuzda izləyin.
Sputnik

Bu gün hər hansı bir bayram öncəsi hədiyyə almaq çətin deyil. Mağazalar minlərlə seçim və endirimlər təklif edir. Amma məhz bu bolluqda öz əllərimizlə hazırlanan hədiyyələr ürəyimizə daha əziz gəlir, çünki onlar bizə göstərilən qayğı, diqqət və sevginin rəmzidir. Buna görə də bu bayram qabağı sizə ev şəraitində sabunun hazırlanma qaydasını təqdim edirik, çünki sabun bütün bayramlarda ən məşhur və universal hədiyyələrdən biri hesab edilir.

Bu dəfə azərbaycanlı sabun ustası Svetlana Cəfərova öz kiçik sirlərini Sputnik Azərbaycan-la bölüşüb.

Sabunun hazırlanması üçün bizə sabun üçün xammal, əsas yağlar (məsələn, kastor və ya badam), qida boyası, aromatizator və ya efir yağları, plastik və ya silikon qəliblər (məsələn qar dənələri və ya gələn ilin simvolu olan siçovul). Bu cür sabunları ideal hədiyyəyə çevirmək üçün isə onun üçün gözəl qab tapmaq kifayətdir.

Videomuzda ustad dərsini izlədikdən sonra bu cür hədiyyəni hər kəs öz evində hazırlaya, nəticəsini isə dost və qohumlarına bağışlaya bilər.