Türkiyədə istehsal olunacaq avtomobil təqdim olundu - VİDEO

Avtomobillərin kütləvi istehsalına 2022-ci ildə başlanacaq. Bu məqsədlə Bursa şəhərində zavod qurulacaq.
Sputnik

BAKI, 27 dekabr — Sputnik. Türkiyənin yerli istehsal olan avtomobili təqdim edilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, təqdimat zamanı səhnədə 2 avtomobil nümayiş olunub.

Avtomobillərdən biri SUV, digəri isə sedandır. 100% elektriklə işləyəcək avtomobil 500 km qədər məsafə qət edə biləcək. Ümumilikdə avtomobil 30 dəqiqə ərzində 80% enerji yığacaq.

Məlumatda qeyd olunur ki, avtomobillərin kütləvi istehsalına 2022-ci ildə başlanacaq. Bu məqsədlə Bursada zavod qurulacaq.