BAKI, 27 dekabr — Sputnik. Alimlər günün 16-18 saatını yeməkdən uzaq durmağın və ya həftədə müəyyən fasilələrlə oruc tutmağın insan ömrünü uzatdığını və bir çox xəstəliyin qarşısını aldığını müəyyənləşdiriblər. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, günün 6-8 saatında qida qəbul edib, geridə qalan 16-18 saatında yeməkdən uzaq qalmaq bir çox xəstələyin qarşısını almaqla, qaz təzyiqini də azaldır və ömrü uzadır.
Orucun ağır çəki, diabet və ürək xəstəliklərinin müalicəsində bir metod olaraq istifadə edilə biləcəyi qeyd olunan məqalədə bunu üçün iki metod – "Günlük məhdud qida" və ya "həftədə 2 gün oruc tutmaq" göstərilib.
İnsan və heyvanlar üzərində aparılan təcrübələrə əsaslanan araşdırmanın nəticələri sübut edir ki, müəyyən fasilələrlə oruc tutmaq metabolizmi yeniləməyə imkan verir.
Məqalədə qeyd olunur ki, oruc insulin müqavimətini artırır və bu da diabet xəstələrinə müsbət təsir edir.