RUSİYA

Məşhur aktrisa vəfat etdi

Volçekin üzvü olduğu "Sovremennik"ə bilet almaq üçün insanlar gecədən səhərədək kassa qabağında növbə tuturmuşlar, hər tamaşa bir hadisəyə çevrilirmiş
Sputnik

BAKI, 26 dekabr — Sputnik. "Sovremennik" ("Çağdaş") teatrının bədii rəhbəri, SSRİ Xalq artisti Qalina Volçek ömrünün 87-ci ilində dünyadan köçüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, aktrisa Moskvada vəfat edib.

Teatrın direktoru İqor Popov RİA Novosti-yə bildirmişdi ki, Volçek ağciyər iltihabı diaqnozu ilə Botkin xəstəxanasına yerləşdirilib. Çərşənbə günü KİV-lərdə məlumat yayılıb ki, onun vəziyyəti kəskin pisləşib. 

Məşhur aktrisa vəfat etdi

Qalina Volçek 1933-cü il dekabrın 19-da Moskvada, məşhur kino operatoru və rejissor Ber (Boris) Volçek və senarist Vera Mayminanın ailəsində doğulmuşdu.

1956-cı ildə Moskva Bədii Teatrının (MXAT) gənc müdavimləri Oleq Yefremov, Yevgeni Yevstiqneyev, İqor Kvaşa, Oleq Tabakov və Qalina Volçek "Gənc aktyorların studiyası"nı yaradıblar. Sonradan həmin studiya "Sovremennik" adlanmağa başlayıb. Studiyaya Yefremov başçılıq edib. Həmin vaxtdan Volçekin həyatı bu teatrla bağlı olub. 60-cı illərdə teatr ən yeni, təzə, gənc, proqressiv ideyaların simvoluna çevrilib. "Sovremennik"ə bilet almaq üçün insanlar gecədən səhərədək kassa qabağında növbə tuturmuşlar, hər tamaşa bir hadisəyə çevrilirmiş.

Məşhur aktrisa vəfat etdi

Mədəniyyətə əvəzolunmaz töhfələrinə görə Qalina Volçek Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu ordeni, RF Prezidentinin mükafatına layiq görülmüşdü. O, "Vətən qarşısında xidmətlərinə görə" ordeninin  tamhüquqlu kavaleri olub. Həmçinin "Qızıl maska", "Teatral ulduzu", Tovstonoqov adına mükafatın da sahibi olub.