BAKI, 26 dekabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.