BAKI, 26 dekabr — Sputnik. Türkiyənin Van gölündə qanunsuz miqrantları daşıyan qayıq batıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Hallar Xidməti yayıb.
Məlumata əsasən hadisə nəticəsində 7 nəfər ölüb, 64 nəfər sağ xilas edilib.
Hadisə nəticəsində ölən və yaralananların Pakistan, Banqladeş və Əfqanıstan vətəndaşları olduğu bildirilir.