RUSİYA

Rusiyada rayon rəhbərinin avtomobili partladıldı – Hadisə yerindən video

Belə ki, rayon rəhbəri "KİA Sorento" markalı avtomobilin qapısını açan zaman partlayış baş verib. Nəticədə, 43 yaşlı Frolov ağır xəsarət alıb
Sputnik

 

BAKI, 26 dekabr — Sputnik. Rusiyanın Voronej əyalətinin Ramon rayonunun rəhbəri Nikolay Frolovun avtomobili partladılıb.

Sputnik Azərbaycan-ın "REN TV"yə istinadən verdiyi xəbərə görə, hadisə səhər saatlarında baş verib.

Belə ki, rayon rəhbəri "KİA Sorento" markalı avtomobilin qapısını açan zaman partlayış baş verib. Nəticədə, 43 yaşlı Frolov ağır xəsarət alıb.

Frolov, dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları işləyirlər.