BAKI, 26 dekabr — Sputnik. Ermənistanın Baş Naziri Nikol Paşinyan iki gün sonra "Su-30" qırıcılarına dair bəyanatla çıxış edəcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının rəisi Artak Davtyan bildirib.
"Mən iki gün də gözləməyi təklif edirəm, Baş Nazir bununla bağlı bəyanat verəcək", - deyə Davtyan bildirib.
"Tor" zenit-raket komplekslərindən danışan qərargah rəisi vurğulayıb ki, bu proses başlasa da, dondurulmuşdu. Yeni hökumətin gəlişi ilə proses bərpa olunub.
O, həmçinin bildirib ki, bu il Ermənistan Müdafiə Nazirliyi silahlanmaya dair 80 müqavilə imzalayıb.