CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn ilin ən məşhur yeniliyi ilə bağlı xoşagəlməz xəbərlər var - Diqqətli olun

Azərbaycanda gələn ildən etibarən tibbi sığorta haqqının gecikdirilməsinə görə vergi orqanları tərəfindən faiz hesablanacaq
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. "Tibbi sığorta haqqında" qanunu pozanlara maliyyə sanksiyaları tətbiq ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Prezidentinin dekabrın 25-də imzaladığı Fərmanda nəzərdə tutulur.

Sənədə əsasən, "Tibbi sığorta haqqında" Qanunun 15-9.2-ci maddəsinə uyğun olaraq həmin Qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının 50 faizi aşağıdakı kimi bölüşdürülür:

Nə ödəyəcəyinizi bilin: İcbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib

5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;

22,5 faiz İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

22,5 faiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür.

Həmçinin tibbi sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə vergi orqanları tərəfindən faiz hesablanacaq.

Bu da "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Prezidentinin dekabrın 25-də imzaladığı Fərmanda nəzərdə tutulur.

Sənədə əsasən, "Tibbi sığorta haqqında" Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30 faizi aşağıdakı kimi bölüşdürülür:

İcbari tibbi sığorta haqlarının ödənilməsinə nə vaxtdan başlanacağı məlum olub

5 faiz Azərbaycan Prezidentinin Administrasiyasında, Azərbaycan Prezidentinin İşlər İdarəsində və Azərbaycanın Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;

12,5 faiz İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

12,5 faiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür.

Qeyd edək ki, icbari tibbi sığorta haqlarının ödənilməsinə nə vaxtdan başlanacağı məlum olub. Gələn il yanvarın 1-dən qüvvəyə minəcək "Tibbi sığorta haqqında" qanunda nəzərdə tutulan icbari tibbi sığorta haqları ilə əlaqədar keçid müddəaları təsdiqlənib.

Sputnik Azərbaycan-ın məlumatına görə, aşağıdakı maddələr 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək: muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;

Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə – minimum aylıq əməkhaqqının 4 faizi;

mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi.

Başqa sözlə, yuxarıda qeyd edilən icbari sığorta haqları gələn il aprelin 1-dən ödəniləcək.