CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdan Gəncəyə gedənlər üçün xoş xəbər var

Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə dekabrın 30-da Bakıdan saat 8:00-da yola düşəcək qatar, saat 11:45-də Gəncəyə çatacaq.
Sputnik

BAKI, 26 dekabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSCi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə əlaqədar, Bakı-Gəncə istiqamətində əlavə daha bir qatar təyin edib. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Belə ki, Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə dekabrın 30-da Bakıdan saat 8:00-da yola düşəcək qatar, saat 11:45-də Gəncəyə çatacaq. Gəncədən isə saat 16:00-da Bakıya yola düşəcək və saat 19:45-də paytaxta olacaq.