CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç dövlət qurumu yol qəzaları ilə bağlı birgə tədbirlər planı hazırlayıb

Hər üç nazirliyin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında regionlarda təlimlərə başlanılıb
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. Bu gün "Excelsior Hotel"də "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023 Dövlət Proqramının müzakirəsi və Ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi"nə həsr olunmuş tədbir keçirilib.

Sərnişin avtobusunun qəza səbəbi açıqlandı

Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə məlumat verilib ki, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Fövqalədə Hallar Nazirliyi yol qəzası zamanı hadisə yerinə vaxtında çatma ilə bağlı birgə tədbirlər planı hazırlayıb.

Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü il dövlət proqramının müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunan ictimai müzakirələrdə bu barədə geniş məlumatla çıxış edib. O bildirib ki, hər üç nazirliyin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında regionlarda təlimlərə başlanılıb: "Artıq belə təlimlərdəm biri Gəncədə keçirilib".