CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayonlara gedənlərə xəbərdarlıq

Biletləri avtovağzalın kassalarından, eyni zamanda www.avtovagzal.az saytı və mobil tətbiq vasitəsilə 10 gün öncədən 1 gün qabağa qədər əldə etmək mümkündür
Sputnik

 

BAKI, 25 dekabr — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 21-dən gücləndirilmiş iş rejimində çalışır və yanvarın 5-nə qədər davam edəcək.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O bildirib ki, digər günlərlə müqayisədə daha çox sərnişin axınının olacağı nəzərə alınaraq xəttə ehtiyat avtobusları cəlb olunub: "Ötən ilin statistikasına görə, ən çox sərnişin sıxlığı 28, 29, 30 dekabr tarixlərinə təsadüf edib. Sərnişinlərə yarana biləcək sıxlığı nəzərə alaraq biletləri bir neçə gün öncədən əldə etmələri tövsiyə olunur.

Yeni il üçün yol biletləri nə zaman satışa çıxarılacaq?

Biletləri avtovağzalın kassalarından, eyni zamanda www.avtovagzal.az saytı və mobil tətbiq vasitəsilə 10 gün öncədən 1 gün qabağa qədər əldə etmək mümkündür. Sərnişinlər yarana biləcək hər hansı sual, sorğu və ya şikayətlə bağlı (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi"nə zəng edə, eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin facebook səhifəsinə və ya info@avtovagzal.az e-mail ünvanına yazıb müraciət edə bilərlər.

Xatırladaq ki, "Məlumat Mərkəzi" həftənin 7 (yeddi) günü səhər saat 07:00-dan 00:30-a kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır".