HADİSƏ

Başından güllələnən kişinin qatili həbs edildi

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Daşkəsənin Bayan kəndində kişi meyiti tapılıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dekabrın 21-də axşam saatlarında Daşkəsən Rayon Polis Şöbəsinə rayonunun Bayan kəndi ərazisində kişi meyitinin tapılması ilə bağlı məlumat daxil olub.

Əvvəl döydü, sonra üstündən at arabası ilə keçdi – Ağdamda qətl

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Aparılmış tədbirlərlə onun Şəmkir rayon Çinarlı kənd sakini, 1962-ci il təvəllüdlü Qurban Abdullayev olması və baş nahiyəsinə odlu silahdan açılan atəşlə qətlə yetirilməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb.

Rayonun polis və prokurorluq orqanlarının keçirdikləri uğurlu, təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs – Daşkəsən şəhərində qeydiyyatda olan, Gəncə şəhərində yaşayan, 1962-ci il təvəllüdlü E.Mehdiyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.