SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qarabağın Azərbaycanlı İcmasının sədri deputatlığa namizədliyini irəli sürdü

T. Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürməyi qərara alıb.
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev də deputatlığa namizədliyini irəli sürüb.

Bu barədə Sputnik Azərbaycan-a İcmadan məlumat verilib.

Qeyd edilib ki, T. Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürməyi qərara alıb. Xatırladaq ki, sözügedən seçki dairəsindən V çağırış Milli Məclisin deputatı Flora Qasımovadır.