CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik bayramla bağlı əhaliyə müraciət etdi

Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı; işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməlidir
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciət edib.

Sputnik Azərbaycan nazirliyin saytına istinadla xəbər verir ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı; işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli; ağac tezalışan oyuncaqla bəzədilməməli; qapalı məkanda atəşfəşanlıq edilməməlidir.

Bayram şənliyində şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli; şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı; pəncərədə dəmir barmaqlıq olmamalı; məkanın iki çıxışı olmalı; ehtiyat qapı üzərində "Çıxış" sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı; otağın qapıları mütləq bayıra açılmalı; məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı; şənlikdə işıq tam söndürülməməli; şənliyə tezalışan materialdan paltar geyinilməməli; məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!