CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən gözəl azərbaycanlı ölkəmizi tərk edir

Azərbaycanlı model Nuru Əhmədov beynəlxalq gözəllik müsabiqəsinin qalibi olduqdan sonra xarici ölkələrdən xeyli sayda təkliflər alıb, lakin karyerasına İstanbulda davam etmək qərarına gəlib
Sputnik

BAKI, 25 dekabr — Sputnik. "Best Model of the World" beynəlxalq gözəllik müsabiqəsinin qalibi Nuru Əhmədov Azərbaycanı tərk edərək karyerasını xaricdə davam etdirmək niyyətindədir.

Bunu Sputnik Azərbaycan-a model özü deyib.

Çılpaq gözəllik: Azərbaycanlı model rus fotoqrafın obyektivində

Əhmədov qeyd edib ki, Rüstəm Cəbrayılovun qələbəsindən 12 il sonra bu layihədə birinci yeri tutduğuna görə çox məmnundur. Bu müsabiqədə qələbə qazanandan sonra Əhmədov çoxdankı arzusunu da yerinə yetirib və özü üçün xaricə yol açıb. Qələbədən sonra ona əməkdaşlıq təklifləri gəlib.

"Türkiyə, İngiltərə və Niderlandın model agentlikləri mənimlə əməkdaşlıq etmək istəyir. Mən İstanbul seçimi üzərində dayandım. Orada həm də aktyorluq akademiyasına daxil olmaq istəyirəm. Türkiyədə bu yarışın qaliblərinin əksəriyyəti aktyor olublar və hazırda bir çox film və seriallara çəkilirlər. Bununla əlaqədar olaraq mən yaxın vaxtlarda İstanbula getmək niyyətindəyəm", - deyə Əhmədov bildirib.

O, ciddi surətdə aktyorluqla məşğul olmaq və model biznesindən uzaqlaşmaq niyyətindədir. Hesab edir ki, gələcəkdə aktyorluq ona daha çox lazım olacaq, nəinki modellik.

Nuru Əhmədov "Best Model of the World", eləcə də "Miss/Mister Grand Azerbaijan" və "Best Model of Azerbaijan-2019" gözəllik müsabiqələrinin qalibidir. Gənc adam təkcə model yox, həm də biznesmendir.