CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On ildən çox yaşı olan avtomobillərin sayı 80 faiz təşkil edir

"Azərbaycanda buraxılış ili on ildən çox olan avtomobillərin sayı 80 faiz təşkil edir. Ölkədə buraxılış ili 30, 40 ildən çox olan maşınlar da var" - Rasim Səttar-zadə
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Son illər avtomobillərin sayı kəskin artıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü il dövlət proqramının müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunan ictimai müzakirələrdə deyib.

O bildirib ki, inkişaf etmiş ölkələrdə istismar müddəti bitən avtomobillər istifadə olunmasa da, Azərbaycanda fərqli mənzərə müşahidə edilir: "Azərbaycanda buraxılış ili on ildən çox olan avtomobillərin sayı 80 faiz təşkil edir. Ölkədə buraxılış ili 30, 40 ildən çox olan maşınlar da var. Bu proqramın icrasının əsas məqsədi ekoloji və yol təhlükəsizliyinin təmin olunmasıdır”.