Dekabrın 23-də Tbilisi şəhərində Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin dəvəti əsasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə hər üç ölkənin Xarici İşlər nazirlərinin Səkkizinci Görüşü keçirilib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, üç ölkə arasında iqtisadi, siyasi və hərbi əməkdaşlıq davam edir:
“Bu əməkdaşlıq üç ölkənin də maraqlarına xidmət edir və başqa bir ölkənin əleyhinə yönəldilməyib. Regional maraqlar da bu üç ölkənin əməkdaşlığını diqtə edir”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz