HADİSƏ

Gəncədə küçədən yeni doğulmuş körpə uşaq tapıldı

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb.
Sputnik

BAKI, 24 dekabr — Sputnik. Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.

Yevlaxda yeni doğulan körpə ölüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis baş leytnantı Eşqin Qasımov Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyib. O, bildirib ki, körpə tapıldıqdan sonra Xəstəxanaya yerləşdirilib: "Uşağın kim tərəfindən tapılması barədə məlumatımız yoxdur. Körpənin atıldığı barədə məlumat bizə xəstəxanadan daxil olub. Körpə yeni doğulub. Xəstəxanadan bizə bildiriblər ki, körpə ya bir, yaxud da iki gündür ki, doğulub. Hazırda onun kim tərəfindən atılması istiqamətində araşdırmalar aparılır".

Xəstəxanadan verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələ ki xəstəxanada saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb.