İQTİSADİYYAT

Ekspert pambıqçılığın əhəmiyyətindən danışır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, pambıqçılıq sahəsindəki inkişaf statistik göstəricilərdə də əksini tapır
Sputnik

“Son illər pambıqçılığın inkişafı istiqamətində atılan addımlar öz effektini verir”. Bu fikirləri Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə giriş nitqində söyləyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, pambıqçılığa göstərilən dövlət dəstəyi bu sahədə canlanmaya səbəb olub:

“Bu sahədəki inkişaf statistik göstəricilərdə də əksini tapır. Hesab edirəm ki, milli iqtisadiyyatın şaxələndirilməsi yüksək texnoloji sektorun inkişafı ilə bağlı olmalıdır. Kənd təsərrüfatı inkişaf etdirilərkən emal sahəsinin inkişafına da diqqət ayrılmalıdır. Texnologiyaların tətbiqi məhsuldarlığın artmasına şərait yaradır”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz