SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bələdiyyə seçkiləri necə keçdi – seçki eksperti danışır

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, seçki günü ölkə üzrə bir neçə məntəqədə bəzi çatışmazlıqlar qeydə alınıb
Sputnik

“AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, müşahidə aparılmış  məntəqələrdə seçiçi fəalliğı 39,75 % təşkil edib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyini açıqlayarkən AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

“Seçki günü ölkə üzrə bir neçə məntəqədə bəzi çatışmazlıqlar qeydə alınıb. Bu faktlarla bağlı dərhal məntəqə sədrləri ilə əlaqə saxlanılıb, qeyd olunan nöqsanlar aradan qaldırılıb. Qeydə alınmış az sayda çatışmazlıqlar seçkilərin ümumi nəticələrinə təsir etmək gücündə olmayıb. AVCİYA müşahidənin nəticələrinə əsaslanaraq Azərbaycan Respublikasında 23 dekabr 2019-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərini baş tutmuş hesab edir” – deyə M.Zülfüqarlı bildirib.