ELM

Alimlər dəhşətli gələcəkdən xəbər verirlər: iki nəfərdən biri ağıldankəm olacaq

Əvvəlki eksperimentlərdə yüksək konsentrasiyalı qazın həqiqətən də əqli qabiliyyətlərə təsir etdiyi təsdiqlənmişdi. Ancaq bu problemi məkanı havalandırmaqla aradan qaldırmağın mümkün olduğu ehtimal edilirdi
Sputnik

BAKI, 24 dekabr — Sputnik. Boulderdə Kolorado Universitetinin alimləri atmosferdə karbon qazının səviyyəsinin artmasının insanların zehni qabiliyyətlərinə fəlakətli dərəcədə təsir göstərə biləcəyini sübut ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onlar karbon dioksidin səviyyəsinin artmasının uşaqların öyrənmə qabiliyyətinə təsirini təhlil ediblər.

Rəsmən boğuluruq – Milyon illər əvvələ dönə bilərik

Əvvəlki eksperimentlərdə yüksək konsentrasiyalı qazın həqiqətən də əqli qabiliyyətlərə təsir etdiyi təsdiqlənmişdi. Ancaq bu problemi məkanı havalandırmaqla aradan qaldırmağın mümkün olduğu ehtimal edilirdi. Eyni zamanda ventilyasiya zamanı məkana daxil olan, tərkibində böyük miqdarda karbon qazı olan havanın hansı effekt verdiyi araşdırılmamışdı.

Mütəxəssislər iki ssenariyə baxıblar.

Birinci variantda bəşəriyyət atmosferə atılan istixana qazlarının miqdarını azaldır, ikincidə isə atılan qazlar eyni səviyyədə qalır.

Müəyyən edilib ki, təhsil alanların koqnitiv qabiliyyətləri istənilən halda azalır. Alimlərin proqnozlarına görə, 2100-cü ildə intellektin düşmə səviyyəsi ən yaxşı halda 25, ən pis halda isə 50 faiz olacaq.