HADİSƏ

Yol qəzasında xəsarət alan şəxs xəstəxanada həyatını itirdi

Yevlax sakini Cəsarət Əlizadə Qax rayonu ərazisində həyatla vidalaşdı. Səbəb yol-nəqliyyat qəzasıdır.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  24 dekabr - Sputnik. Bu gün günorta saatlarında Qax-Qorağan avtomobil yolunda avtoqəza qeydə alınıb. Yevlax rayon sakininin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən, sürücü, 1992-ci il təvəllüdlü Cəsarət Vəliş oğlu Əlizadə aldığı xəsarətdən orada dünyasını dəyişib.

Digər yaralının, yəni sərnişinin isə vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra buraxılıb. Hadisəyə ilkin səbəb kimi yüksək sürət göstərilir.

Faktla bağlı araşdırma aparılır.