Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Moskva-Bakı-Kişinyov-Tbilisi videokörpüsü keçirilib. Videokörpüdə Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədrinin müavini Andrey Klimov sualları cavablandırıb.
Azərbaycan-Rusiya münasibətləri haqqında danışan komitə sədri bildirib ki, hazırda Azərbaycan-Rusiya münasibətləri yüksələn templə inkişaf edir:
“Bizim ölkələrimiz arasında ticarət dövriyyəsi durmadan artır və cari il ərzində 15 faizlik artım qeydə alınıb. İqtisadi sahədə böyük layihələr gerçəkləşdirilir, eyni zamanda humanitar sahədə də əməkdaşlığımız dinamik inkişaf edir. Hər iki ölkə başçısının mütəmadi görüşləri əlaqələrin inkişafına töhfə verir. Qeyd etmək istərdim ki, Xəzər ətrafında mövcud olan çətin sullara rəğmən xəzəryanı ölkələr razılıq əldə etməyi bacardı. Rusiya Azərbaycanın digər ölkələrlə müttəfiqlik və tərəfdaşlıq əlaqələri qurmasını dəstəkləyir. Bu Azərbaycanın suveren hüququdur”.
Andrey Klimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz