RUSİYA

Putin Rusiya Silahlı Qüvvələrinin Suriyadakı rolunu açıqladı

Xmeymim hava limanı və Tartus limanında yerləşən Rusiya Hərbi-Kosmik Qüvvələrinin aviaqrupu, Hərbi-Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqları Suriyada sülhün və sabitliyin zəmanətidir.
Sputnik

BAKI, 24 dekabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Suriyanın Tartus hava limanında və Xmeymim aerodromunda mövcudluğu bu ölkədə sülhün və sabitliyin zəmanətidir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında bildirib.

"Rusiya ordusu Suriyada sülhün əldə olunmasında əsas rolu oynamağa davam edir. Xmeymim hava limanı və Tartus limanında yerləşən Rusiya Hərbi-Kosmik Qüvvələrinin aviaqrupu, Hərbi-Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqları bu ölkədə sülhün və sabitliyin zəmanətidir", - deyə Putin vurğulayıb.