BAKI, 23 dekabr — Sputnik. Bakıda ehtiyatsızlıqdan pəncərədən yıxılan 3 yaşlı uşaq dünyasını dəyişib.
Sputnik Azərbaycan Lent.az-a istinadla xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Xəstəxanadan daxil olan xəbərə görə, 2016-cı il təvəllüdlü Hüseynova Elif Bəhruz qızı bu gün səhər saatlarında ölüb.
Qeyd edək ki, hadisə dünən axşam saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Valideyn nəzarətindən kənar qalan 3 yaşlı E.Hüseynova binanın 3-cü mərtəbəsindən yıxılıb. O, ağır xəsarətlə 1 saylı xəstəxanaya yerləşdirilib.