RUSİYA

NATO-nun Baş katibi Putinlə görüşmək istəyir

Qurum rəhbəri vurğulayıb ki, münasibətlərin kəskinləşdiyi şəraitdə danışıqlar masasına oturmaq xüsusilə önəmlidir
Sputnik

BAKI, 23 dekabr — Sputnik. NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır. Sputnik Azərbaycan Almaniya KİV-nə istinadən xəbər verir ki, bunu NATO Baş katibi "DPA" agentliyinə deyib.

NATO-da iğtişaş: Alyans öz birliyini qoruyub saxlaya biləcəkmi?

Stoltenberq bildirib ki, Rusiya lideri ilə danışıqlar aparmaq, Moskva və alyansın münasibətlərində olan çətinlikləri müzakirə etmək istəyir: "Əgər münasib şərtlər olsa, mən Putinlə görüşərdim".

Qurum rəhbəri vurğulayıb ki, münasibətlərin kəskinləşdiyi şəraitdə danışıqlar masasına oturmaq xüsusilə önəmlidir.

O əlavə edib ki, Rusiya NATO-nun ən böyük qonşusudur və "bu, elə belə də qalacaq".